Səbətinizdə məhsul yoxdur.
- Texnomall Sizi Salamlayır!
- Sifariş: (+994) 77 800 03 40
Səbətinizdə məhsul yoxdur.
Məxfilik siyasəti
Məxfilik siyasəti:
«Promall» MMC (şirkət) internet mağazasının yaradılmasının məqsədi fiziki və hüquqi şəxslərə (istifadəçilərə) Şirkətin fəaliyyəti barədə lazımi məlumatların verilməsi və «Promall» MMC tərəfindən təqdim olunan məhsul və xidmətlər barədə məlumatlandırılmasıdır. Saytda olan məlumatlar əsasən informasiya xarakteri daşıyır.
Saytda olan bütün məlumatlar «Promall» MMC-nin mülkiyyətidir və müəllif hüququ məsələlərini tənzimləyən qüvvədə olan qanunvericiliklə qorunur. Bununla əlaqədar olaraq saytın istifadəçiləri onun məzmununu şəxsi və kommersiya məqsədləri ilə istifadə edə bilər. Digər hallarda saytın məzmunundan istifadə qadağandır. Şirkət sayta hər hansı dəyişikliklərin daxil edilməsi, həmçinin onun məzmunun yenidən hasil olunmasına yol vermir.
Şirkət təqdim etdiyiniz fərdi məlumatlara icazəsiz girişdən müdafiə sisteminin təkmilləşdirilməsi məqsədilə Məxfilik siyasətini istənilən vaxt dəyişdirmək hüququnu özündə saxlayır.
Biz hansı məlumatı toplayır, onu necə, nə zaman toplayır və necə istifadə edirik:
Şirkət haqqınızda şəxsi məlumatları (fərdi məlumatları) onları Şirkətin mağazalarında hər təqdim etdiyinizdə, saytda göstərdiyinizdə, elektron poçtla göndərdiyinizdə və ya şəxsən verdiyinizdə toplayır. Şirkətə fərdi məlumatlarınızı ötürərək Siz aşağıda göstərilən şərtlərlə razılaşırsınız. Qüvvədə olan qanunvericilik və «Promall» MMC-nin fərdi məlumatların mühafizəsi barədə Siyasətinə uyğun olaraq Siz onları istənilən vaxt dəyişə, yeniləyə və ya silinməsini istəyə bilərsiniz.
Bizim zəmanətimiz:
«Promall» MMC-nin istifadəçilərinin məxfilik məsələsinə məsuliyyətlə yanaşır və saytın hər bir istifadəçisinin məxfilik hüququna hörmətlə yanaşır. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində nəzərdə tutulan hallar istisna olmaqla, Şirkət Sizdən alınan məlumatların heç vaxt və heç bir halda üçüncü şəxslərə açıqlamayacağına zəmanət verir. Şirkət Sizin ötürdüyünüz məlumatların qüvvədə olan qanunvericiliyə uyğun olaraq emal olunacağına zəmanət verir.
Ödəniş bank kartlarından istifadə zamanı məxfiliyə zəmanət barədə məlumat:
Şirkət ödəniş bank kartları vasitəsi ilə ödəniş etdiyini zaman ödənişlərin, o cümlədən onlayn olan, emalının təhlükəsizliyinə tərəfdaş bank “Kapital Bank” ASC tərəfindən zəmanət verildiyini nəzərinizə çatdırır.
Tərəfdaş bankların bütün resursları PCI və DSS təhlükəsizlik standartlarına uyğundur, bütün lazımi icazə və sertifikatlara malikdir.
Ödənişlərin həyata keçirilməsi zamanı təqdim etdiyiniz fərdi məlumat (ad, ünvan, telefon, e-mail, bank kartı nömrəsi) məxfidir və heç bir şərtlə açıqlanmır. Həmin məlumat şirkətin web-serverində saxlanılmır və yalnız tərəfdaş banka təqdim olunur. Ödəniş barədə bildiriş istisna olmaqla, ödənişlər barədə heç bir məlumat tərəfdaş banklar tərəfindən şirkətə ötürülmür.
Məlumatların ötürülməsi zamanı kartla onlayn ödənişlərin xüsusi texnologiyaları istifadə olunur, məlumatlar şirkətin yüksək texnoloji təhlükəsiz serverində emal olunur.
Dəyişikliklər və yeniləmələr:
Şirkət istənilən vaxt öz mülahizəsi ilə saytda lazımi dəyişikliklər etmək, onun istənilən hissələrini dəyişdirmək və ya silmək və sayta girişi məhdudlaşdırmaq hüququnu özündə saxlayır.
Şirkət həmçinin Sizin təqdim etdiyiniz fərdi məlumatlara icazəsiz girişdən müdafiə sisteminin təkmilləşdirilməsi məqsədilə məxfilik siyasətini istənilən vaxt dəyişdirmək hüququnu özündə saxlayır.
Alınan bütün məhsullara 1 il zəmanət verilir!
Səbətinizdə məhsul yoxdur.