0 - 0.00 

Səbətinizdə heç bir məhsul yoxdur.

ƏSAS ANLAYIŞLAR

ALICI RAZILAŞMASI (RAZILAŞMA) – bu sənəddə onlayn alış ilə bağlı aşağıda əks olunan bütün şərtlər;

ALICI – TEXNOMALL.AZ – ın verdiyi texniki imkanlar vasitəsi ilə və elektron ödəniş edərək portalda qeyd olunmuş mal və xidmətləri sifariş edən/alan, həmçinin bu “Alıcı razılaşması”nın şərtləri ilə razılaşan fiziki və ya hüquqi şəxs;

SATICI – Portalda öz mallarını/xidmətlərini özünün istifadə etdiyi səhifədə onlayn qaydada satan və satış və çatdırılma şərtlərini özü müəyyən edən fiziki və ya hüquqi şəxs;

TEXNOMALL.AZ – mal və xidmətlərinin satışı məqsədilə özünə aid İNTERNET MAĞAZA – da SATICI üçün razılaşdırılmış elektron məkanı təqdim edən hüquqi Ģəxs (TEXNOMALL.AZ – TEXNOMALL” MMC);

PORTAL – mal və xidmətlərin onlayın alış-veriş məkanı olan, TEXNOMALL.AZ – a məxsusus “www.texnomall.az” internet səhifəsi;

MAL(LAR)/XİDMƏT(LƏR) – PORTALDA yerləşdirilmiş hər hansı mallar, xidmətlər, təchizatlar, materiallar, əşyalar və digər material və əmtəələr (o cümlədən onların quraşdırılması və ya istənilən hissəsi);

SİFARİŞ – Alıcının müəyyən etdiyi ünvana çatdırılması məqsədilə Portaldan mal/xidmət alınması məqsədilə Portalda mövcud olan müvafiq formanın doldurularaq SATICI ya elektron formada göndərilməsi;

XÜSUSİ ŞƏRTLƏR

  1. Razılaşmanın predmetini ALICI tərəfindən şəxsi və digər məqsədər üçün PORTALDA əks olunan malların/xidmətlərin alınması və digər formada istifadəsində imkan yaradılması təşkil edir. Bu Razılaşma şərtləri PORTALDA cari vaxtda satışda olan bütün mal və xidmətlərə şamil olunur.
  2. SATICI öz mallarını/xidmətlərinin şəxsən PORTALA vasitəsilə satılmasını təmin edir.
  3. PORTALDAN mal sifariş edən ALICI bu RAZILAŞMA – nın şərtləri ilə tam razılaşdığını bəyan edir.
  4. PORTALDA satılan mallar/xidmətlər, həmçinin satış şərtləri Azərbaycan Respublikasının qüvvədə olan Mülki Məcəlləsinin 408-ci maddəsinə əsasən ümumi oferta hesab olunur.
  5. SATICI alış həyata keçirilənədək alış şərtlərini heç kimə xəbərdarlıq etmədən dəyişdirə bilər.
  6. Alış o vaxt baş tutmuş sayılır ki, ALICI malın/xidmətin dəyərini kassa çeki və ya alqı-satqını təsdiq edən digər sənəd qarşılığında hər hansı formada (onlayn/nağd) ödəmiş olsun.
  7. PORTALDA olan sifariş formasını doldurmaqla ALICI özünə aid əlaqə vasitələri barədə məlumatların SATICI və ya SATICI – nın müəyyən etdiyi digər şəxslər tərəfindən istifadəsinə etiraz etmir. Bura gələcəkdə ALICI – ya müxtəlif endirim kompaniyaları, digər əlaqəli məlumatların göndərilməsi aiddir.
  8. ALICI sifariş etməklə SATICI nın öz öhdəliklərinin icrasını 3-cü şəxslərə tapşırmasına etiraz etmir və SATICI sifariş ilə bağlı 3-cü şəxslərin bu RAZILAŞMA dan kənara çıxan hərəkətlərinə görə məsuliyyət daşıyır.
  9. Sifariş ALICI ilə SATICI arasında bağlanılmış müqavilə hesab olunur və hər iki tərəfin bu Razılaşmadan və qanunsuz hərəkətlərdən irəli gələn zərər və deliktlərə görə TEXNOMALL.AZ/ PORTAL məsuliyyət daşımır.
  10. “www.texnomall.az” səhifəsində texniki-profilaktik işlərin aparıldığı günlərdən, aşağıda qeyd olunan və fors-major hallardan başqa, ALICI günün, ayın, ilin instənilən vaxtı PORTAL ın xidmətlərindən istifadə edə bilər. PORTAL ın iradəsindən kənar səbəblərdən dolayı PORTAL ın fəaliyyətinin istənilən müddətdə dayanması, habelə PORTALIN və SATICI nın bu Razılaşmadan irəli gələn öhdəliklərinin icrasının qeyri-mümkünlüyü səbəbindən ALICI ya zərər dəyərsə, bu halda PORTAL, və ya SATICI hər hansı məsuliyyət daşımır.
  11. PORTAL SATICI tərəfindən satış üçün təqdim olunmuş mal/xidmətlər haqqında məlumatların düzgünlüyünə, habelə SATICI tərəfindən ALICI ya aid məlumatlardan qeyri-qanuni istifadəyə görə məsuliyyət daĢımır.
  12. PORTALDA satış üçün nəzərdə tutulmuş malların şəkilləri illüstrativ təyinatlı olmaqla alınmış malla 100% eyni olmaya bilər. Məlumatlarda əhəmiyyətli çatışmamazlıq olduğu təqdirdə, ALICI PORTALA yazılı müraciət ünvanlaya bilər.
  13. PORTALDA görsənməsinə baxmayaraq əgər sifariş verilmiş mal SATICI nın anbarında yoxdursa, SATICI bu barədə ən qısa vaxt ərzində ALICI ya və PORTALA xəbər verməklə sifarişi ləğv edir. Sifarişin ləğvi nəticəsində ALICI ya hər hansı real zərər dəyərsə, buna görə PORTAL məsuliyyət daşımır.
  14. ALICI tərəfindən yanlış məlumat verilməsi nəticəsində sifarişin icra edilməməsinə görə nə PORTAL, nə də ki, SATICI məsuliyyət daşımır.
  15. Sifariş verildikdən sonra ALICI nın ünvanının məsafəsindən asılı olaraq SATICI sifarişin çatıdırılma tarixi, vaxtı və digər şərtləri barədə ALICI ya məlumat verir. Çatdırılma xidməti PORTAL tərəfindən həyata keçirilirsə, bu məlumatları PORTAL verir.
  16. Əgər buna obyektiv səbəb varsa, malların/xidmətlərin çatdırılma vaxtı/tarixi SATICI və PORTAL tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər.
  17. Çatdırılma və ya digər problemlər ilə bağlı SATICI PORTAL ın administrasiyasına öz şikaytlərini elektron qaydada təqdim edə bilər.
  18. Mallar/xidmətlərin çatdırılması yalnız Azərbaycan Respublikasının dövlət sərhədləri ilə məhdudlaşır. Digər hallarda Alıcı PORTALA elektron məktub şəklində müraciət göndərməlidir.
  19. Digər istək qeyd edilməyibsə sifariş şəxsən alıcıya və/və ya qeyd etdiyi ünvanda olan istənilən 3-cü şəxsə təhvil verilir.
  20. Göndərilmiş malı qəbul edən ALICI (və ya 3-cu şəxs) malı kuryerdən qəbul edərkən yerində mala baxış keçirməlidir. Baxış keçirdikdən sonra ALICI (və ya 3-cu şəxs) malin çatıdılmasını təsdiq edən sənədi imzalayır və bununla mala dair hər hansı iddia olmadığını bəyan edir.
  21. Müvafiq təhvil-təslim aktı qarşılıqlı imzalandıqdan sonra mala dəymiş zərərə görə ALICI məsuliyyət daşıyır.
  22. ALICI ya təqdim olunan malların üzərində qanunvericiliklə müəyyən olunmuş bütün texniki və s. zəruri sənədlər verilir.
  23. PORTAL da satılan malların qiyməti vergilər daxil olmaqla Azərbaycan manatı ilə göstərilir.
  24. Əgər PORTAL da malın qiyməti səhv göstərilibsə, SATICI sifarişin edilməsindən asıl olmayaraq malı geri götürüb ödənişi ALICI ya qaytarır.
  25. PORTAL da malın qiyməti SATICI tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər.
  26. Bank kartı vasitəsilə onlayn ödəniş edilərkən bank xidməti göstərən şirkət əməliyyatın dələduzluq və digər qeyri-qanuni məqsədlərlə həyata keçirildiyini müəyyən edərsə, ödənişi ləğv edə bilər. Bu cür hallardan yaranan mübahisələrə görə SATICI və PORTAL məsuliyyət daşımır.
  27. SATICI birtərəfli qaydada öz mallarına endirim tətbiq edə bilər. Eyni malı satan başqa SATICI nın da eyni endirimi etmək öhdəliyi yoxdur.
  28. PORTAL aşağıdakı mülahizyə əsasən ALICI nın sifarişini ləğv edə bilər:
  29. Malların geri qaytarılması şərtləri “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunla tənzimlənir. Əgər SATICI nın təqsiri səbəbindən olmayan hallarda mal qaytarılırsa, qaytarılma ilə bağlı xərclər ALICI dan tutulur
  30. Qızıl və qiymətli daşlardan hazırlanan məmulatlar, parfümeriya və kosmetik vasitələr, çimərlik geyimləri, alt paltarları və corablar, məişət-kimya məhsulları, şəxsi gigiyena məhsulları, uşaq oyuncaqları, plastik yemək qabları və dəyəri ödənilmiş yararlılıq müddəti ərzində mağazadan çıxarılan ərzaq malları geri qaytarıla bilməz.
  31. Malın təyinatına uyğun olmayan formada istifadə nəticəsində ALICI ya vurulmuş zərərə görə SATICI və ya PORTAL məsuliyyət daşımır.
  32. Malın tamlığı, keyfiyyəti, çatdırılması və s. göstəricilərə görə PORTAL ALICI qarşısında məsuliyyət daşımır. ALICI bu cür iddiaları SATICI ya qarşı irəli sürə bilər
  33. PORTAL dan istifadə nəticəsində fərdi məlumatlardan istifadə üzrə münasibətlər “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir.
  34. SATICI öz hüquqlarını 3-cü şəxslərə güzəşt edə bilər.
  35. SATICI və PORTAL nın ofisləri əmək qanunverciliyinin tələblərinə müvafiq olaraq iş saatlarında fəaliyyət göstərir.
  36. Mallara xidmətlərə dair zəmanət müddəti malın istehsalçısı tərəfindən müəyyən olunur.
  37. Bu Razılaşmadan irəli gələn və ya onunla, o cümlədən onun təfsiri, icrası, xitamı və etibarsızlığı ilə bağlı yaranan bütün mübahisələr və ya iddialar, ilk növbədə tərəflər arasında vicdanla və dostcasına danışıqlar yolu ilə həll edilir. Əgər bu cür mübahisə 5 iş günü ərzində Tərəflər arasında həll edilməzsə, bu halda həmin mübahisə Azərbaycan Respublikasının müvafiq məhkəmələri tərəfindən həll edilir.
  38. SATICI ya qarşı iddialar SATICI nın PORTAL dakı əlaqə vasitələri ilə, PORTAL a olan iddalarla bağlı isə info@texnomall.az ünvanına yazıla bilər. Müraciətlərə ən qısa vaxt ərzində baxılır.

 

0

Səbətinizdə heç bir məhsul yoxdur.